"Mançester Yunayted"in yeni baş məşqçisi Rayan Giqqs "Hull Siti" ilə qarşılaşmada futboçu kimi oyuna daxil olub.
Klubun müvəqqəti məşqçisi matçın 70-ci dəqiqəsində oyunçu əvəzləyib. Maraqlısı ondadır ki, Giqqsin matça daxil olmağına özü qərar verib. Təcrübəli futbolçu 4 yanvarda "Bavariya"ya qarşı oynadıqları Çempionlar Liqası matçından bu yana rəsmi qarşılaşmalarda forma geyinməyib. Uelsli ulduz oyunun sonuna 20 dəqiqə qalmış Tom Lavrensi oyundan çıxarıb və onun yerinə oynamağa başlayıb. Qiqqs oyuna daxil olan kimi əla ötürmə etsə də Fellaini bu ötürməni məntiqi sonluqla yekunlaşdıra bilməyib. "Mançester Yunayted" Giqqsin də köməyi ilə oyundan 3:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, "Mançester Yunayted"i gələcək mövsümdən hollandiyalı mütəxəssis Lui van Qaal çalışdıracaq. Rayan Giqqsin komandadakı gələcəyi isə hələlik bilinmir.