“Lazım gəlsə, nikah şəhadətnaməsini üzə çıxararam”
Bu sözləri meyxanaçı Samirə Yusifqızı müğənni Orxan Dənizin axar.az-a onun haqqında dediyi sözlərə cavab olaraq bildirib.
“Mən elə səviyyəsiz insanlara fikir vermirəm. Onun nə haqqı var ki, mənim şəxsi həyatıma müdaxilə edə?! Lazım gəlsə, evli olduğum haqda nikah şəhadətnaməsini üzə çıxararam. Əgər lazımdırsa, mənim nömrəmi verin ona, mənə zəng etsin. Gəlsin, görüşək, görüm nə demək istəyir?! Ayıb olsun ona!”
Xatırladaq ki, Orxan Dəniz, meyxanaçı Samirə haqqında “Onun əri yoxdur, taksi şoferi ilə yaşayır” sözlərini demişdi.