Bu gün səhər saat 08:40 radələrində Bakı Metropolitenində, “Həzi Aslanov”-“Nəriman Nərimanov” xətti üzrə hərəkət edən qatarda nasazlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə bildiriblər ki, 31 saylı marşrutun əsas idarəetməsində nasazlıq yaranıb və “Nəriman Nərimanov” stansiyasında sərnişinlər qatardan təxliyə olunub: “Nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib”.