Rusiya İstintaq Komitəsi Bryansk vilayəti Klimovsk rayon Şurasının üzvü, deputat Nikofor Jukovu yetkinlik yaşına çatmayan 212 nəfərə qarşı seksual xarakterli əməllərdə ittiham edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 62 yaşlı Nikofor Jukov 2007-ci ilin iyul ayından 2013-cü ilin may ayınadək Bryansk vilayətinin üç rayonunda yetkinlik yaşına çatmamış şəxslərə qarşı seksual xarakterli cinayətlər törədib. O, yaşları 11-17 arası olan 30 nəfər məktəbli qızı zorlamada ittiham edilir.