Bu ölkəyə kişilərin girişi qadağan olundu

18-04-2014, 16:07   

Rus kişilərinin Ukraynaya girişi qadağan edilib.
anaxeber.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna Sərhəd Təhlükəsizlik Xidməti 16-60 yaşarası rus kişilərinin ölkəyə girişini qadağan edib.
Rus hava yolu şirkəti “Aeroflot” Ukrayna rəhbərliyi tərəfindən yoxlamaların artırıldığı və məhdudiyyətlərin qoyulduğu haqda məlumat aldığını bildirib. Lakin qadağa yanında qadın və ya uşaq olan, Ukraynada xəstə və ya vəfat edən yaxını olan kişilərə şamil edilmir.
Krım və Sivastopolda yaşayan 20-35 yaşarası ukraynalı qadınların ölkəyə girişləri isə xüsusi icazəylə həyata keçiriləcək. Rusiya vətəndaşı olan pilotlar, hava yolu şirkətində çalışan mühəndis və texniki işçilər də Ukraynaya girə biləcəklər.
Ukraynanın qadağasına münasibət bildirən Rusiya Xarici İşlər nazirliyi "Ukrayna Sərhəd Təhlükəsizlik Xidmətinin qadağası haqda Ukraynadan təcili cavab gözləyirik. Bu mövzuda rəsmi cavab aldıqdan sonra, biz də ona bənzər bir qadağa tətbiq edəcəyik” -, deyə qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.