Pakistanda sərnişin qatarı relsdən çıxıb, onlarla yaralı var

7-05-2014, 14:54   

Pakistanın cənubunda yerləşən Sind əyalətininin Nəvabşah şəhərində bu gün səhər Lahordan Karaçiyə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində bir nəfər qadın ölüb, ən azı 20 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti kritikdir.

Bu barədə yerli SAMAA TV telekanalı məlumat yayıb.

Məlumata əsasən, vaqonlardan başqa, sürət qatarının lokomotivi də relsdən çıxıb.

Xilasetmə xidmətinin məlumatında yaralıların vaqonlardan çıxarılması prosesinin davam etdirildiyi bildirilir.

Hökumət hadisənin səbəblərini araşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.