Dağıstanın paytaxtı Mahaçqala ətrafında yerləşən Səməndər qəsəbəsində silahlıların mühasirəyə alındığı evə hücum başa çatıb.
Bu barədə Dağıstan hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Məlumata əsasən, hücum zamanı təxminən dörd silahlı öldürülüb.
Hazırda hadisə yerində partlayıcı qurğu mütəxəssisləri çalışır.
Bildirək ki, bu səhər Mahaçqalanın Kirov rayonunda terror əleyhinə əməliyyat rejiminin tətbiqinə başlanılıb.