Şoumen Murad Dadaşov övladlarına qoyduğu qadağadan danışıb.
“Öz aramızda” verilişinin qonağı olmuş aparıcı oğlanlarını necə aldatdığını deyib:
“Övladlarıma qadağalar qoyuram. Ən birinci onlara demişəm ki, nə olursa-olsun, gəl, həqiqəti de. Onda mən səni bağışlayacam, çox əsəbləşməyəcəm, günahından keçəcəm, amma olanları başqalarından eşitsəm, çox hirslənəcəm. Mənim oğlanlarım hələ də inanırlar ki, evimizin dörd bir yanında kamera var. Onları aldatmışam ki, hər yerə kamera qoymuşam, nə etsəniz, görəcəm”.