AMEA prezidenti: Azərbaycanda oğlanların elmə marağını artırmaq üçün dövlət tərəfindən tədbirlər görülməlidir

18-04-2014, 16:23   
AMEA prezidenti: Azərbaycanda oğlanların elmə marağını artırmaq üçün dövlət tərəfindən tədbirlər görülməlidir
Azərbaycanda oğlanların elmə marağının artırılması üçün dövlət tərəfindən tədbirlər görülməlidir. anaxeber.info-ın məlumatına görə, bunu bu gün jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda oğlanların elmə marağı azdır: "Buna görə də dövlət tərəfindən tədbirlər görülməlidir ki, oğlanların bu sahəyə marağı artsın. Bu çox vacibdir. Bizim gənc alimlərə böyük ehtiyacımız var. Elmə qadınlar gəlirlər, amma elmi ekspedisiyalara getmək, uca dağların zirvələrini fəth etmək onlar üçün çətin olur, bu zaman müəyyən problemlər - ailə problemləri və s. ortaya çıxır. Oğlanlar isə bu istiqamətdə daha böyük işlər görə bilərlər. Onları uzaq yerlərə ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür". A.Əlizadə qeyd edib ki, hazırda bu məsələ ilə yanaşı, gənc alimlərin müxtəlif, o cümlədən mənzil, məişət problemləri AMEA-nı daim düşündürür. Gənc alimlərin əməkhaqlarının artırılması məsələsinə gəldikdə, akademik hesab edir ki, gənc alimlərin əməkhaqlarının artırılması çox da vacib deyil: "Gənc alimlərin məvaciblərinin artırılması bu gün çox da vacib məsələ deyil. Elm özü qazanmalıdır. Alimlər, ələlxüsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant layihələrində iştirak etsinlər və bununla da məvaciblərini artırsınlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.