"Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys İngiltərədən təklif alıb.
24 yaşlı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.
Mançester təmsilçisi almaniyalı futbolçunun transferi üçün Dortmund klubuna 40 milyon avro ödəməyə hazırdır. Lakin Roys gələcək karyerası ilə bağlı qərarını dünya çempionatından sonra verəcəyini açıqlayıb.
Qeyd edək ki, Roys 2012-ci ildə "Borussiya" (Münhenqladbax) klubundan Dortmund təmsilçisinə transfer olunub.