"Bavariya" klubunun yarımmüdafiəçisi Xavyer Martinez mövsümün sonunda komandadan ayrılacaq.
İspaniyalı futbolçu Münhendə xoşbəxt olmadığını və komandadan ayrılmaq istədiyini bildirib.
Bu barədə qərarını rəhbərliyə bildirən Martinezin yenidən İspaniyaya qayıdacağı iddia olunur. Təcrübəli futbolçu ilə "Barselona" klubu yaxından maraqlanır. 25 yaşlı futbolçunun da "Barselona"nın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, Martinez bu mövsüm Bundesliqada 17 oyunda forma geyinib.