Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dzeko: "Çempionluq özümüzdən asılıdır"

7-05-2014, 15:21   
Dzeko: "Çempionluq özümüzdən asılıdır"
Mançester Siti" klubunun hücumçusu Edin Dzeko Premyer Liqada bu axşam qarşılaşacaqları "Aston Villa" ilə oyun haqda danışıb.

Bosniyalı futbolçu "Sky Sports"a açıqlamasında çempionluğun artıq özlərindən asılı olduğunu bildirib:

"Aston Villa" ilə oyunda bütün gücümüzü ortaya qoyacağıq. Artıq hər şey özümüzdən asılıdır. Bu oyunun məsuliyyətini yaxşı dərk edirik. Belə şansı əldən buraxmaq olmaz. Rəqibi qiymətləndirməliyik və bu oyuna ciddi yanaşmalıyıq".

Qeyd edək ki, "Mançester Siti" - "Aston Villa" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Mançester təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə vahid liderliyiə yüksələcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar