FİFA-nın prezidenti Yozef Blatter son zaman genişlənməkdə olan irqçi şüar və hərəkətləri narazılıqla qarşılayıb.
O, bu cür hərəkətlərə yol verən azarkeşlərin dəstəklədiyi klubun ağır cəzalandırılmalı olduğunu deyib.
Blatter bildirib ki, həmin klubun ya xalı silinməli, ya da aşağı liqaya düşürülməlidir: "Bu cür cəzalar verilsə, irqçilik bitəcək".
Qeyd edək ki, sonuncu dəfə "Vilyareal"la La Liqa matçında "Barselona"nın futbolçusu Dani Alveşə azarkeşlər tərəfindən banan atılmışdı.