Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Messi "Barselona"nın ağası kimi hərəkət edir

7-05-2014, 15:22   
Messi "Barselona"nın ağası kimi hərəkət edir
Lionel Messi "Barselona" ilə müqaviləni yeniləmək üçün klub rəhbərliyinin qarşısına yeni şərtlər qoyub.

Bundan əvvəl 4 ilinə 400 milyon avro tələb edən argentinalı hücumçunun bu dəfəki istəkləri fərqlidir.

Messi ilk növbədə Argentina millisindəki komanda yoldaşı Serxio Aqueronun Kataloniya təmsilçisinə transfer olunmasını istəyir. "Mançester Siti" ilə 2017-ci ilə qədər müqaviləsi olan S.Aqueronun da "Barsa"ya getməyə müsbət baxdığı bildirilir.

Argentinalı ulduzun digər tələbi isə qapıçı Pintonun komandada qalmasıdır. Messi yaxın dostu daha bir il "Barsa"da qalacağı təqdirdə, Kataloniya klubu ilə müqaviləni yeniləyəcək.

Qeyd edək ki, Messinin illik 20 milyon maaş alacağı sözləşmə imzalayacağı gözlənilir. Reklam və sponsor gəlirləri ilə birgə isə onun qazancı 45 milyon avro olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar