Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır.
anaxeber.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 22-dək davam edəcək.
Qeyd edək ki, Bu, S.Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.
S.Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.