Adı açıqlanmayan kişi çoxda böyük olmayan uroloji əməliyyat üçün Britaniyanın “Royal Liverpool Hospital” xəstəxanasına müraciət edib.
Bu əməliyyatla yanaşı həkimlər səhvən xəstəyə vazektomiya da ediblər. Vazektomiya əməliyyatı zamanı kişinin uşaq sahibi edə bilən toxum ifraz edən kanal da kəsilib götürülüb.
Kişinin yaşı da məxfi saxlanılır, lakin bildirir ki, o, kifayət qədər cavan olub və ata olmaq istəyib.
Yaşanmış hadisəyə görə həkimlər xəstədən üzr istəyib və sonsuzluğa son qoymaq üçün üzərində yenidən əməliyyat aparılıb. Lakin həyati əhəmiyyətli orqanın bərpa olunub olunmaması haqqında məlum deyil.
Əməliyyatda iştirak etmiş həkim artıq işdən uzaqlaşdırılıb.