M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Müstəqim Səyyad oğlu Məmmədov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".