Avropa ölkələrində həbsxanalarda 1,7 milyon məhbus cəza çəkir.
Avropa Şurasına üzv olan 47 ölkə barədə həbsxanalar hesabatına (SPACE-Report) əsasən, məhbusların əsas hissəsi Mərkəzi və Şərqi Avropa ölkələrinin payına düşür.
Statistikada göstərilir ki, 2012-ci ildə hər bir ölkə üzrə əhalinin hər 100 min nəfərinə orta hesabla 150 məhbus düşüb.
Həbsxanalardakı məhbusların sayına görə ən öndə Gürcüstan dayanır. Bu ölkədə hər 100 min nəfərə 516 məhbus düşür, ikinci yerdə 502 məhbusla Rusiya dayanır.
Siyahıda ən yaxşı gösətirici 83 nəfərlə İsveçrəyə məxsusdur.
Avropa Şurasına üzv ölkələrin 22-də həbsxanalarda məhbusların sayı da nəzərdə tutulduğundan artıqdır. Ümumilikdə isə Avropada həbsxanalardakı məhbus yerlərinin 98 faizi doludur. Serbiyada cəzaçəkmə müəssisələrində 100 nəfərlik məhbus yerinə 160, İtaliyada 145, Kiprdə 140 və Macarıstanda isə 139 nəfər yerləşdirilib.
Həbsxanalarda əcnəbilərin sayı bütün məhbusların orta hesabla 21 faizinə bərabərdir. Ən çox törədilmiş cinayətlər isə oğurluq, narkotik maddələrin qəbulu, qətl və ağır dərəcəli soyğunçuluq olub.