Ötən gün sosial şəbəkələrdə və bir sıra saytlarda Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayılıb.
anaxeber.info xəbər verir ki, “Virtualaz.org” Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla bildirib ki, avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.
DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6” avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.
Məmur uşaqlarının sözügedən videosunu təqdim edirik:
[media=http://www.youtube.com/watch?v=MkL-t3Qec4U]