Gənc qızın zorlanması ölkəni ayağa qaldırıb

7-05-2014, 19:22   
Gənc qızın zorlanması ölkəni ayağa qaldırıb
18 yaşlı qızın 27 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalması əhalinin ciddi hiddətinə səbəb olub.

Türkiyənin Tünceli vilayətində qeydə alınmış zorlama faktına etiraz edən sakinlər küçələrə axışıblar.

Tuncelidə 18 yaşlı A.Y.-nin 27 yaşlı B.G. tərəfindən təcavüzə uğramasından sonra daha bir qızın zorlanmasına dair yayılan xəbər yerli əhalini qəzəbləndirib.

Tuncelidə gizli saxlanılan təcavüz olayı dünən üzə çıxıb. 27 yaşlı B.G.-nin dostları və 18 yaşlı A.Y.-nin digər iki rəfiqəsi ilə onun evində əyləncə təşkil ediblər.

Dostları evi tərk etdikdən sonra B.G. gecə saat 2-də A.Y.-ni zorlayıb. Təcavüzə məruz qalan şəxs ertəsi gün polisə gedərək hadisə ilə bağlı məlumat verdikdən sonra B.G. və dostları gözaltına alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar