Braziliyada San Paolada meydana gələn bir hadisədə “Nokia Lumia 520” 24 yaşındakı bir polisi ölümdən qurtarıb. Polis valideynlərinə baş çəkməyə gedəndə gözlənilməz hadisə ilə qarşılaşıb. Evə girmiş oğrular onu görəndə valideynlərini əsir alıblar. Polis olduğunu biləndəsə ona atəş açılıb. Güllələrdən biri boşa çıxsa da, digəri onun yan cibinə tuş gəlib. Amma polisin cibindəki telefon onu qoruya bilib. Güllə “Nokia Lumia 520”-nin ekranına dəydiyindən polis yaralanmayıb. Xatırladaq ki, 2013-cü ildə “Nokia Lumia 920”-nin də test zamanı 24 tonluq zərbəyə dayandığı ortaya çıxıb.