Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Murad Rəhimov rus qızlarını zorlamaqda günahkar bilinib. Zorlama hadisəsi 2008-ci ildə Rusiyada baş versə də, Murad Rəhimov ötən il Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Murad Rəhimov həmin ilin yanvar ayının 29-da, gecə saat 01.00-dan 07:30 radələrinədək yaşadığı Rusiya Federasiyasının Rostov vilayətinin Verxnedonsk rayonunun Kazan qəsəbəsinin Piloramnaya küçəsində yerləşən 1 saylı evdə olub. Həmin evin sahibi, Rusiya Federasiyasının vətəndaşları Kolesnik Maksim Petroviç, Besçetnov Aleksey Vasilyeviç və Peşkov Vitaliy Viktoroviç ilə birlikdə yeyib-içiblər.
Rus qızına zorakılıq
Bundan sonra Murad Rəhimov və digər Rusiya vətəndaşları Borşeva Olqa Mixaylovnaya onlarla cinsi əlaqədə olmağı və onların seksual tələbatlarını ödəməyi təklif ediblər. Olqa Mixaylovna onların təklifinə etiraz edib. Murad Rəhimov və Rusiya vətəndaşları Olqa Mixaylovnanı öldürməklə və sağlamlığına zərər vurmaqla hədələyiblər. Daha sonra Olqanı döyərək sağlamlığana xəsarət yetiriblər. Olqa Borşevana Murad Rəhimovdan polis çağırmasını xahiş etsə də, o, zərərçəkmişin xahişini yerinə yetirməyib. Olqa evdən qaçmağa cəhd göstərib. Amma Murad Rəhimov Aleksey Besçetnovla birlikdə evin qapısının qarşısında dayanaraq Olqa Borşevanın qabağını kəsiblər və onun evdən qaçmasına imkan verməyiblər. Həmin vaxt Olqa Borşeva mətbəxdən bıçaq və çəngəlləri götürərək onu buraxmayacaqları halda özünə və ya onlara qəsd edəcəyini bildirib. Murad Rəhimov digər şəxslərlə birlikdə Olqa Borşevanın əlindən bıçaq və çəngəlləri alıblar. Bundan sonra onlar Olqanın müqavimətini qırıblar.
6 ildən sonra həbs
Olqa Borşevanın müqaviməti qırıldıqdan sonra işə başlayıblar. M.Kolesnik, V.Peşkov və A.Besçetnov Olqa ilə təbii yolla cinsi əlaqədə olublar. Onlar Olqanı zorlayıblar. Daha sonra onlar Olqa ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar. Murad Rəhimov da Olqa Mixaylovnanın müqavimət göstərmək imkanından məhrum olduğunu və köməksiz vəziyyətdə olduğunu dərk edərək onunla cinsi əlaqədə olub. Bundan başqa, Murad Rəhimov daha bir neçə rus qızı ilə zorakı yolla cinsi əlaqədə olub. M.Kolesnik, V.Peşkov və A.Besçetnovin həbs olunduğunu görən Murad Rəhimov ölkəni tərk edib və Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Murad Rəhimovun barəsində MDB-də axtarış elan edib. Axtarışların nəticəsi olaraq Murad Rəhimov ötən il Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Rus qızlarını zorlayana 4 maddəlik ittiham Bu əməli ilə Murad Rəhimov Cinayət Məcəlləsinin 149.2.1-ci (. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Cinsi əlaqədə olan zaman zorakılıq etməmişəm” Məhkəmədə ifadə verən Murad Rəhimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 28 yanvar 2008-ci ildə dostu Peşkov Vitaliy Viktoroviçin evində Olqa Borşeva ilə cinsi əlaqədə olub: “Həmin vaxt Olqa Borşeva Kolesnik tərəfindən döyüldüyünə görə artıq taqətdən düşmüşdü. Halsız olan Olqanın müqavimət göstərməyə halı olmayıb. Olqa Borşeva taqətdən düşdüyü üçün onunla cinsi əlaqədə olduğum zaman mənə müqavimət göstərə bilməyib. Mən də cinsi əlaqədə olduğum zaman Olqaya qarşı zorakılıq hərəkətlərinə yol verməmişəm. Həmin vaxt həddindən artıq sərxoş olmuşam. Cinsi əlaqənin təbii və ya qeyri-təbii yolla baş verməsini xatırlamıram. Cinsi əlaqədə olduqdan sonra oradam getmişəm”.
“Əməlimdən peşmanam”
Murad Rəhimov həmçinin qeyd edib ki, sərxoş oduğu üçün öz hərəktlərini idarə edə bilməyib. O, ifadəsinin sonunda əməldən peşman olduğunu deyib. Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Olqa Borşevanın da ifadəsini alıblar. Məhkəmə araşdırması zamanı Olqanın ifadəsi elan edilib və tədqiq olunub. “Mənimlə növbə ilə cinsi əlaqədə olublar” Olqa Borşevana ifadəsində göstərib ki, 2008-ci ilin yanvar ayının 28-dən 29-na keçən gecə Peşkov Vitaliy Viktoroviçin evində olub: “Həmin vaxt Murad Rəhimovun mənimlə hər hansı formada cinsi əlaqədə olmağına razılıq verməmişəm. 2008-ci ilin yanvar ayının 28-dən 29-na keçən gecə saat 02-dən səhər saat 07-yə kimi mütəmadi olaraq yerlərini dəyişməklə Kolesnik, Peşkov, Besçyotnov və Murad Rəhimov növbə ilə mənimlə cinsi əlaqədə olublar. Onlar zorakılıq göstərərək məni zorlayıblar. Murad Rəhimovu yaxşı tanıyıram. Çünki Murad əvvəllər rəfiqəm ilə görüşüb. Murad Rəhimov mənə qarşı şəxsən fiziki zor tətbiq etməyib. Amma Kolesnik, Peşkov, Besçyotnovin mənə qarşı etdiyi zorakılığın şahidi olub. O, baş verənlərə göz yumub. Həmçinin mənim köməksiz vəziyyətimdən istifadə edib. Muradda mənimlə cinsi əlaqədə olub”. Rus qızlarını zorlayana 6 il cəza Rusiya hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunan Kolesnik, Peşkov, Besçyotnov Murad Rəhimovun cinayət işi üzrə şahid qismində keçiblər. Peşkov Vitaliy Viktoroviçin elan olunmuş ifadəsindən görünür ki, o, Olqa Borşevanı zorlamaqda, ona qarşı zorakı seksual xarakterli hərəkətlər etməkdə cinayət əməlini etiraf edib. O həmçinin göstərib ki, hadisə baş verən vaxt Murad Rəhimov təklikdə ona yaxınlaşıb: “Murad Rəhimov Olqa Borşeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt Murad Rəhimov cinsi əlaqədə olandan sonra “heç nə olmaz ki?” deyə soruşdum. Murad isə bununla bağlı mənə heç nə demədi". Məhkəmədə şahidlər Besçetnov Aleksey Vasilyeviç və Kolesnik Maksim Petroviçin elan olunmuş ifadələri Peşkov Vitaliy Viktoroviçin vermiş olduğu ifadə ilə eyni məzmunlu olub. Məhkəmə bütün tərəfləri dinləyəndən sonra Murad Rəhimovun barəsində hökm elan edib. Məhkəmənin hökmü ilə Murad Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.