Bakıda ABŞ vətəndaşı soyulub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospekti 25 də yerləşən “Hilton” otelinin qarşısında qeydə alınıb.
ABŞ vətəndaşı, 1957-ci il təvəllüdlü Meknelli Kent Davidi 2 nəfər naməlum şəxs döyərək içərisində 300 manat olan pul kisəsi götürüblər.
ABŞ vətəndaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.