Ermənistan prezidenti Serj Sarqsyan hökumət aparatının nazir-rəhbəri kimi David Arutünyanın təyinatı haqqında fərmanı imzalayıb. Bu barədə Anaxebera.az Novosti-Armeniya-ya istinadən məlumat verir.
David Arutünyan 1998-dən 2007-ci ilə qədər ədliyyə naziri vəzifəsini tuturdu.
2007-ci ildən parlamentin deputatı olub, dövlət-hüquqi məsələlər üzrə komissiyaya başçılıq edirdi.
Başqa prezident fərmanıyla Armen Yerisyan FHN-nin rəhbəri vəzifəsinə yenidən təyin edilmişdi.