30 ildən sonra atasını Facebook-da tapdı

8-05-2014, 13:24   

Adel Qrinakr 11 həftəlik olanda atası Derek ailəni həmişəlik tərk edib və bir daha geri qayıtmayıb.
İngiltərədə yaşayan Adel atasını axtarmaq fikrinə gəlib və bunu Facebook sosial şəbəkəsinin köməkliyi ilə edib. Sədaqətli qız özünün və atasının köhnə şəkillərini sosial şəbəkədə düz 21 min dəfə paylaşdıqdan sonra, Cenevrədən onun atasını tanıyan bir şəxs zəng edib. Kişinin zəngindən 1 saat sonra yenidən zəng gəlib. Lakin bu dəfə zəng edən Adelin atası idi. Adel 30 ildən sonra ilk dəfə idi ki, atasının səsini eşidirdi.
Derek ailəsini atıb tərk edəndə 33 yaşı olub, indi isə 63 yaşlı ata ilk dəfə idi qızı ilə tanış olurdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.