İranlı milyarder qadın: "Heç vecimə də deyil..."

8-05-2014, 15:32   

Vista Bavar iranlı xanımdır. Milyarder iş adamı, ölkəsində "Kosmetika kraliçası" kimi tanınan kreativ fiqur, "Caprice" kosmetika məhsulları konserninin banisi və sahibəsidir.

İrandakı İslam inqilabından sonra ailəsi Fransaya mühacirət edən Vista Bavarın yeniyetməlik illəri Parisdə keçib. Daha sonra o, Nyu-Yorkda yaşayıb, orada çalışıb.

İndi o, Tehranın varlılar yaşayan Şimran səmtindəki lüks villada həyat sürür. Bikinidə, hovuz kənarında kamera qarşısında pozalar verəndə deyir: "Nə olacaqsa-olsun, heç vecimə deyil".

"Caprice" şirkətində çalışanlar, satış şöbələrinin əməkdaşları, dükanlardakı satıcılar - onların hamısı xanımlardır.

Bu şirkətin məhsulları Avropa və ABŞ-da istehsal olunur, qablanır, sonra İrana gətirilərək satılır.

Vista Bavarın dediyinə görə, İranda xanımların kosmetikaya tutquları böyükdür.

Ölkədə hər il kosmetikaya 2,1 milyard dollar xərclənir.
İranlı milyarder qadın: "Heç vecimə də deyil..."

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.