Bakıda qadınları fahişəliyə cəlb edən şəxsə görün hansı cəza verildi

8-05-2014, 17:55   

Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxunub.

Haqqında cinayət işi açılmış Natiq Əskərli Nərimanov rayon Məhkəməsinin hökmü ilə cərimə edilib və o, sərbəst buraxılıb.

Məhkəmə hökmü ilə N.Əskərli 3 min manat cərimə edilib.

Qeyd edək ki, N.Əskərlinin əməlləri keçən il noyabrın 14-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb, ona Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb.

19 yaşlı N.Əskərli Hacıqabul şəhər sakinidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.