Bakı metrosunda gənc oğlan anası yaşında qadına "podxod" etdi

8-05-2014, 17:58   
Bakı metrosunda gənc oğlan anası yaşında qadına "podxod" etdi
Bakı metrosunda cavan oğlan anası yaşında qadınla ədəbsiz formada tanış olmağa çalışıb. O, telefon nömrəsi olan kağızı vaqondan düşərkən əyləşən qadının üzərinə atıb.
Gülməli olay bu gün səhər saatlarında metronun "28 May" stansiyasında baş verib. Hadisənin hədəfi olan qadın ona atılan məktubu da təqdim etməklə yanaşı, bildirib ki, bu gün səhər işə gedərkən oğlu yaşında bir oğlanın gözlənilməz addımı ilə rastlaşıb. Bir oğlan bir neçə stansiya boyu gözlərini ona zilləyərək süzüb. "28 May" stansiyasında isə qəflətən əlindəki bükülmüş kağızı onun üstünə atıb. Xanım kağızı ilk olaraq yerə atıb, sonradan isə maraq üçün götürərək baxıb.

Kağız "online" ödəmə məntəqəsinin qəbzidir və üzərində həmin oğlanın nömrəsi olub. Xanım iddia edir ki, gənc oğlan onunla tanış olmaq fikrinə düşübmüş. Belə halların Bakıda çox baş verdiyini, cavan qız-gəlinlərin oğlanlar tərəfindən hər addımbaşı ədəbsizliyə məruz qaldığını əsas gətirərək bu məsələni ictimailəşdirmək fikrinə düşüb.

Xanımın təqdim etdiyi qəbzdəki nömrə ilə əlaqə saxlayıb həmin “qəhrəman”la etdiyi hərəkətlə bağlı danışdıq: “Qardaş, mən podxod etməmişəm, əlimdən düşüb kağız. Anamız-bacımız var, qələt eləmişəm. Suvaqçı adamam, evliyəm, elə hərəkət etmərəm axı. Lazımdırsa, gəlim qadından da üzr istəyim, lap elə sizdən də”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.