Vaşinqtonun Bakı strategiyası: Rəngli inqilablar bitdi

20-02-2015, 10:33   


“Amerika rəsmiləri Azərbaycanla bağlı tam başqa strategiya fikirləşib”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. O, ABŞ-ın Ukrayna ssenarisini Azərbaycanda həyata keçirmək niyyətinin artıq mümkünsüzə çevrildiyini bildirib: “Ümumiyyətlə, Nuland Bakıya və regiona başqa məqsədlə gəlmişdi. Vaşinqton bu bölgəyə uzun müddətdir ki, lazımi diqqət yetirmir. Bundan savayı, son illərdə onun tərəfindən bir sıra ciddi səhvlər buraxılıb ki, bu səhvlər ABŞ-ın regiondakı mövqelərinin zəifləməsinə gətirib çıxarmışdı. Bu vəziyyət uzun müddət davam edə bilməzdi. Ukrayna hadisələrinin fonunda Vaşinqtonun Cənubi Qafqazda zəifləməsi, hətta Azərbaycan kimi tərəfdaşın itirməsinə gətirib çıxarda bilərdi. Bunu anlayan Amerika rəsmləri tam başqa strategiyanı fikirləşərək bunu həyata keçirtmək niyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri yeni təyinat almış insanlardır. Bu adamların vəzifəsi hazırda bu strategiyanı həyata keçirtməkdən ibarətdir. Mövcud sxemlərdə inqilabi yol kontr-produktiv sayılır və beləliklə də Ukrayna ssenarisinin bölgədə həyata keçirilməsini mümkünsüz edir. Vaşinqton mövcud hakimiyyətlərlə konstruktiv dialoq qurmaq niyyətindədir. Sözsüz ki, öz mənafelərini qoruyub saxlamaq burada onun əsas şərtidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.