Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Poqba "Çelsi" və "Mançester Yunayted"in hədəfində

8-05-2014, 18:47   

"Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqbaya təkliflər gəlməkdə davam edir.

İngiltərənin iki klubu - "Çelsi" və "Mançester Yunayted" komandaları fransız futbolçu ilə yaxından maraqlanırlar.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 21 yaşlı gənc futbolçunu yeni mövsümdən komandasında görmək istədiyini rəhbərliyə bildirib. "Mançester Yunayted" klubunun rəhbərliyi də sabiq futbolçusunu yenidən komandaya qaytarmağı planlaşdırır.

Qeyd edək ki, "Barselona", "Real" (Madrid) və PSJ klublarının da transfer hədəfində olan Poqba bu mövsüm keçirdiyi 48 oyunda 9 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar