İzmirin Bayraqlı Mahalının idman salonunda məşq edən 29 yaşlı Çağlar Çam qəfil yıxılıb və xəstəxanaya çatdırılmamış keçinib. Anspress.com yazır ki, məlumatına görə, gənc oğlan Bodrumda tanış olduğu ingilis nişanlısı ilə evlənməyə hazırlaşırmış. Çam toya qədər əzələli, düzgün bədənə sahib olmaq üçün həftənin 6 günü idman salonunda vaxt sərf edib. Bundan əlavə olaraq oğlunun həm də dərman istifadə etdiyini söyləyən ağrılı ata oğluna xəbərdarlıq etdiyini deməklə yanaşı oğlunun onu dinləmədiyini bildirib. Çağlar Çamın ölüm anı təhlükəsizlik kameralarına əks olunub.