Səudiyyə Ərəbistanının müxalifətçi portalının redaktoru Raif Bədəviyə islamı təhqir etdiyinə görə 10 il həbs kəsilib. Ona min şallaq da vurulacaq. Bədəvi həmçinin 260 min dollar cərimə də ödəyəcək. O, həm də atasının sözünə qulaq asmadığı üçün mühakimə edilir. Səudiyyə Ərəbistanının qanunlarına görə bu ciddi cinayətdir.
Amma jurnalistin tutulmasına səbəb isə peşəkar fəaliyyəti ilə bağlıdır. Raif öz bloqunda Bədəvi dini məsələləri müzakirə edib, həmçinin ölkənin yüksək ruhani rəhbərliyini tənqid edib. Bədəvi hələ 2012-ci ildə tutulub. Onda onun saytını bağlamışdılar və avadanlığını müsadirə etmişdilər.
Bir il sonra məhkəmə ona yeddi il həbs və 600 şallaq cəzası kəsmişdi. Ancaq ittiham tərəfi bununla razılaşmamışdı və qərarı həddindən yumşaq saymışdı.