Ölkələrarası qalmaqal: Bayraqlar səhv salındı

9-05-2014, 10:10   
Ölkələrarası qalmaqal: Bayraqlar səhv salındı
Fransanın irqçi Milli Cəbhə Partiyası (FN) bu ay keçriləcək Avropa Parlamenti seçkisi üçün hazırladığı broşürdə Türkiyə ilə Tunisin bayraqlarını səhv salıb. FN broşürdə AB üzvlüyünə qarşı çıxdığı Türkiyə bayrağı əvəzinə keçmiş müstəmləkəsi olan Tunisin bayrağından istifadə edib. Fransada nəşr olunan “Le Figaro” qəzeti isə bu səhvi öz facebook səhifəsində bu səhvi lağa qoyaraq tənqid edib. Səhifə özünü “dünyanın ən tanınmış geosiyasi mütəxəssisi” kimi tanıdan FN ən önəmli namizədi sayılan Emerik Şopradın əvəzinə adi bir sosial şəbəkə (Tvitter) istifadəçisinin bu səhvi görərək xəbər verməsini vurğulayıb. Xatırladaq ki, səhvin bilinməsindən sonra broşürdəkiı Tunis bayrağı Türkiyə bayrağına dəyişdirilib. Şoprad mayın 4-də “Atlantico” adlı xəbər saytına verdiyi müsahibədə sabiq prezident Nikolas Sarkozi ilə rəsmi Brüsseli Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri yenidən başlatdığı üçün tənqid etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.