Ukraynanın Luqansk vilayətində, “İzavrino” sərhəd-buraxılış məntəqəsindəki sərhəd xidməti mayın 8-də axşam saatlarında silahlı basqına məruz qaldıqlarını bildirib.
Ukraynanın Sərhədi Xidməti olayla bağlı bildirişi yayıb.
Orada bildirilib: “Luqansk vilayətindəki “İzavrino” buraxılış məntəqəsinə sənədlərini yoxlatdırmaq üçün Ukraynadan iki mikroavtobus gəlib. Çıxış talonlarının sənədləşdirilməsi zamanı gözlənilmədən həmin avtomobillərdən 40-a yaxın silahlı kişi düşərək, bir cərgədə düzülüb”.
Mənbənin məlumatına əsasən, onlar tələbə edib ki, 30 saniyə ərzində hərbçilər silahı təhvil versinlər, əks halda atəş açacaqlar: “Sərhədçilər atəş mövqeyini tutaraq, onların tələbinə tabe olmaqdan imtina edib. 30 saniyədən sonra naməlum şəxslər onlara sarı “Molotov kokteyl” atmağa başlayıb. Buraxılış məntəqəsində yanğın baş verib. Onlar yanğını görüb, Ukrayna ərazisinə qayıdaraq, gizlənib”.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov isə bildirib ki, Rusiya-Ukrayna sərhədində təxribat baş verib: “Tanınma nişanı olmayan, yaxalarına Georgiyev lenti taxan qara paltarlı bir qrup gömrük məntəqəsini yandıraraq, qaçıb”.