İdmançımız erməni rəqibini məğlub edərək qızıl medal aldı

1-03-2015, 18:52   

Fevralın 28-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 66-cı "Strandja" beynəlxalq turnirinə yekun vurulub. Finalda milli komandamızın 3 üzvü – Elvin İsayev, Lorenzo Sotomayor və Yelena Vıstropova mübarizə aparıb.
60 kq çəki dərəcəsində döyüşən Elvin İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla qarşılaşıb. İdmançımız erməni rəqibini 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) isə finalda özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılaşıb və meydanı 3:0 hesabı ilə məğlub tərk edib.

Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Turnirdə birinci və üçüncü yerlər Özbəkistan və Bolqarıstan millilərinə nəsib olub. /anspress.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.