Rza Zərrabdan həbsxana günləri barədəşok açıqlama

19-04-2014, 11:29   

Türkiyədə 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılaraq sonra azad edilən Rza Zərrab uzun müddətdən sonra mətbuata açıqlama verib.
anaxeber.info-ın xəbərinə görə, Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilmişdi.
Rza Zərrab həbsxanada ikən cinayəti hökumətin üstünə yıxacağı halda, azadlığıa çıxa biləcəyi zəmanətinin verilməsini, lakin bunu qəbul etmədiyini söyləyib.
O, məşhur qəzetlərdən birinə verdiyi müsahibədə bu fikirləri səsləndirib:
"Səhər saat 04.30-da ən məhrəm yerdən - yataq otağımdan apardılar məni. Qapıda 20-yə qədər kameranın məni çəkdiyini görəndə, bunun bir zərbə əməliyyatı olduğunu anladım.
87 milyar pul ötürməsi həyata keçirdiyimi deyirlər. Bunun araşdırması o qədər bəsitdir ki... Baxın, İranın Türkiyə ilə illik ticarət rəqəmi 3,5 milyard avrodur. Yəni, 87 milyard olmağı üçün 24 il İranın Türkiyədəki fonduna toxunmamağı lazımdır. Bu iddiaları ortaya atan insanlar ya riyaziyyat bilmirlər, ya da başa düşmək istəmirlər. Qeyri-qanuni yollardan əldə edilmiş pul - çirkli pul olar. Qızıl ticarətim tamamilə qanunidir. Mən ticarətimi bank yolu ilə həyata keçirirəm. Həmçinin, 200 ton qızıl ixrac edərək, Türkiyəyə 25 milyard lirə qazandırmışam. Babək Zəncani ilə də dost deyiləm. Onunla görüşümüz 4 dəqiqə olar, ya olmaz. İranda da haqqımda həbs qərarı yoxdur. İstədiyim vaxt gedib gələ bilirəm. Orada şirkətlərim var, atam da indi ordadır."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.