Ukraynanın Donetsk vilayətində naməlum şəxslər “Qırmızı Xaç” beynəlxalq təşkilatının ofisinə hücum edərək 7 nəfəri girov götürüb.
Ukraynanın “Ukrinform” agentliyinin verdiyi məlumata görə, girov götürülənlərin hamısı kişilərdir, ofisdə olan qadınlar isə sərbəst buraxılıb.
Girov götürülənlərin 3-ü yerli sakin, 3-çü Kiyevdən gedən könüllü, 1-i isə Fransa vətəndaşıdır. "Qırmızı Xaç"ın əməkdaşları dərman və tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə gəlibmiş.
Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayəti dövlət administrasiyası binasında saxlandıqları bildirilir.