Mədəni su basması nəticəsində 20 nəfər ölüb

19-04-2014, 11:35   

Çinin Yunnan vilayətində sel suları altında qalan mədəndən daha 14 nəfərin meyiti tapılıb.
anaxeber.info-ın Çin KIV-lərinə istinadən verdiyi məlumata görə, bununla da mədəndə ölənlərin sayı 20 nəfərə çatıb.
Xatırladaq ki, kömür mədənində qəza hələ aprelin 7-də baş vermiş və 22 nəfər ətrafdan təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ərazini sel sularının basmasına səbəb kimi mədəndə baş verən partlayış göstərilir.
Kömür mədəninə aparan cığırların dar olması və tamamilə tutulması isə axtarış-xilasetmə işlərini olduqca çətinləşdirib.
İnsidentlə əlaqədar mədəni işlədən şirkətin direktorlar şurasının sədri, menecer və hüquqi təmsilçisi də daxil olmaqla 7 nəfər həbs edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.