Qayıqla gəzintiyə çıxmış şəxslər köməksiz vəziyyətdə qalıblar.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda rezin qayıqla dənizə gəzintiyə çıxmış 2 nəfər (xilasetmə məntəqəsindən 700 m məsafədə, 1800 m dənizin içərisinə doğru) köməksiz vəziyyətdə qalıb.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Həmin şəxslər xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil veriliblər.