ABŞ-ın Cənubi Karolina ştatındakı Sammervil şəhərində yaşayan Ellen Nyemyekin məhkəməsi davam edir.
Berkli bölgəsindəki Kross liseyində dərs deyən, ailəli, 3 övlad anası olan 29 yaşlı E.Nyemyek dərs dediyi tələbələrdən 3 oğlanla cinsi əlaqəyə girməkdə suçlanıb.
İkisi 17, biri 18 yaşda olan tələbələrlə müəllim arasında cinsi əlaqə gecə partisində olub. Parti tələbələrdən birinin evində idi.
Məhkəmə prosesində bildirilib ki, əxlaqsız müəllim liseydə də tələbələrlə cinsi əlaqədə olub, onlara çılpaq fotolarını göstərib.
Proses başa çatana qədər E.Nyemyekə liseyə, liseyin tələbələrinə və onların qohumlarına yaxınlaşmaq yasaqlanıb.