Yerüstü piyada keçidləri ticarət mərkəzinə çevrilə bilər - FOTOLAR

16-03-2015, 18:59   

Xətai rayonu, Fəhlə prospekti, Mirzədavud küçəsi 110 ünvanında piyadalar üçün nəzərdə tutulmuş yerüstü keçiddə ticarət obyekti açılıb. Ərzaq məhsulları satışı ilə məşğul olan mağazanın sahəsi 4.5 kvadratmetrdir.

Mağazanın satıcısı Rahim adlı şəxs ilyarımdır ki, burada işlədiyini deyir: “Nəqliyyat Nazirliyində tanış adam var idi. O vaxt tanışlıqla buranı mənə veriblər. Buranı heç nə ödəmədən götürdüm, mağaza kimi düzəltdirdim. Nəqliyyat Nazirliyinə aylıq 200 manat icarə haqqı verirəm”.

Satıcı deyir ki, mağazanı içindəki mallarla birlikdə 2250 manata satmaq istəyir: “İşlədə bilmirəm, satmaq istəyirəm”.

Xatırladaq ki, piyada keçidləri Nəqliyyat Nazirliyinin nəzarətindədir.

Məğrur Salmanov,
Fotolar müəllifindir.




Yerüstü piyada keçidləri ticarət mərkəzinə çevrilə bilər - FOTOLAR
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar