Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təbiət ABŞ-ın iki ştatını viran qoydu

11-05-2014, 15:29   
Təbiət ABŞ-ın iki ştatını viran qoydu
Amerika Birləşmiş Ştatları yenidən tornadodan əziyyət çəkib.

Bu dəfə tornado Missuri və Kanzas ştatlarında dağıntılara səbəb olub. Missuri ştatından keçən tornado xeyli sayda evə ziyan vurub. Dəyən ziyanın miqyasını yerli telekanalların yayımladığı kadrlardan da görmək mümkündür. Xəsarət alanların olması barədə məlumat yoxdur.

Kanzas ştatının mərkəzində isə tornado güclü qasırğa ilə müşayiət olunub. Burada tornado onlarla ağacı aşırıb, evlərə ziyan vurub, elektrik enerjisi naqillərini qırıb.

Yerli hava bürosu Missuri və Kanzas ştatlarında şimşək çaxması xəbərdarlığı edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar