Biz nüvə silahı hazırlamırıq!

11-05-2014, 18:43   
Biz nüvə silahı hazırlamırıq!
İran "altılıq" ölkələri ilə növbəti nüvə danışıqlarında şəffaflıq nümayiş etdirməyə hazırdır.

Bunu İran prezidenti Həsən Ruhani Tehranda tibbi araşdırmalar müəssisəsinin açılışında çıxışı zamanı bəyan edib.

"Əvvəllər də dəfələrlə bəyan etmişik, bundan sonra da deyəcəyik: biz qeyri-qanuni fəaliyyət göstərmirik və nüvə silahı hazırlamırıq. Bizim xalqımız kütləvi qırğın silahlarının əleyhinədir. Danışıqlar masasında Qərbin qarşısına şəffaflıqdan başqa bir şey qoya bilməyəcəyik. Bizim nüvə texnologiyamız və biliklərimiz, eləcə də tərəqqiyə aparan yolumuz müzakirə mövzusu deyil." - deyə, Həsən Ruhani bildirib.

İran prezidenti həmçinin bildirib ki, heç bir təhqir, sanksiya və ya hədə-qorxu İran xalqına qarşı işə yaramayıb və gələcəkdə də işə yaramayacaq. «Gələcəkdə deməyin ki, biz İranın nüvə silahı hazırlamasının qarşısını aldıq. Bu cür yalanlara yer yoxdur. İran heç vaxt kütləvi qırğın silahları hazırlamayıb və bunu qanuni hesab etməyib» - sitatın sonu.

İranla Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransadan ibarət olan «altılıq» ölkələri arasında nüvə danışıqlarının növbəti raundu mayın 13-16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.