İraqın Kərkük ilə Süleymaniyə şəhərləri arasında təxminən 11 ay öncə öldürüldükləri ehtimal edilən 12 taksi sürücüsünün cəsədi tapılıb. İraq mediasına istinadən xəbər verir ki, polisin araşdırmasından sonra taksi sürücülərini Əl-Qaidə terror təşkilatının üzvlərinin qaçıraraq öldürdüyü və onların maşınları oğurladığı məlum olub. Taksi sürücülərinin şəxsiyyətləri müəyyən edildikdən sonra ailələrinə təhvil verilib. Qeyd edək ki, daha öncə də eyni bölgədə 4 taksi sürücüsünün cəsədi tapılmışdı.