Çinin Sindao şəhərindəki zavodlardan birində divarın uçması nəticəsində 18 fəhlə həlak olub, 3 nəfər yaralanıb. Uçan divar binanı dağıdıb.
Olay zamanı binada 40 fəhlə vardı.
Xinhua-ya istinadən bildirir ki, ilkin məlumatlara görə, divarın uçmasının səbəbi güclü yağışların təməli yuyub yumşaltması idi.