Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Ans press-in məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimdə 8 komanda 4 cütlüyü müəyyənləşdirib.
İspaniyanın iki klubu - "Atletiko" və "Real" bu mərhələdə üz-üzə gələcək. Komandalar ötən mövsüm turnirin finalında üz-üzə gəlmişdi. Həmin matçda "Real" 4:1 hesablı qələbə qazanmışdı.
İspaniyanın digər təmsilçisi "Barselona" PSJ-yə rəqib olub. "Bavariya" "Portu"nu, "Yuventus" "Monako"nu sınağa çəkəcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab matçları 21-22-də keçiriləcək.
Çempionlar Liqası
1/4 final
PSJ (Fransa) - Barselona (İspaniya)
Atletiko (İspaniya) - Real (İspaniya)
Portu (Portuqaliya) - Bavariya (Almaniya)
Yuventus (İtaliya) - Monako (Fransa)