Xalq artisti siqaretə qarşı çıxdı

12-05-2014, 10:47   
Xalq artisti siqaretə qarşı çıxdı
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ADDİM" Gənclər təşkilatı 2-ci No Smoking Film Festivalını həyata keçirir.

Artıq ikinci ildir ki, dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant Dadaşovadır. "Siqaret çəkməkdənsə FİLM çək" devizi altında gerçəkləşən festivalda məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək.

Bundan başqa, festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulur. Festivalın builki tanıtım kampaniyası çərçivəsində xalq artisti Brilliant Dadaşova gənclərlə çəkildiyi reklam rolikini səhifəsində paylaşaraq bunları söyləyib:

"Ümidvaram, sağlam həyat tərzi naminə başladığımız propaqanda qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik".

Qeyd edək ki "Addım" Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilən festivala ötən il Azərbaycanda rekord sayda - 48 yerli film təqdim olunmuşdu. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May "Beynəlxalq tütün əleyhinə mübarizə günündə" isə festivalın gala gecəsinin keçirilməsi nəzərdə tutulur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.