Bakıda “ANS”-in keçmiş işçisini döydülər

19-04-2014, 12:33   
Bakıda “ANS”-in keçmiş işçisini döydülər
Bakıda taksi sürücüsü xuliqanlıqla üzləşib. anaxeber.info-ın məlumatına görə, Yasamal rayonu Polis İdarəsi, 28-ci Polis Bölməsinə müraciət edən Şahsuvarlı Kaziman Elçin oğlu Şərifzadə küçəsində tanımadığı bir neçə nəfərin hücumuna məruz qaldığını bildirib. 27 yaşlı K.Şahsuvarlı bildirib ki, taksi sürücüsüdür və dünən günorta saatlarında 3 nəfər şəxs ona yaxınlaşaraq tanımadığı şəxsin adını soruşub. Həmin şəxslərin sualına cavab tapa bilməyən sürücü daha sonra hücuma məruz qalıb.
Qeyd edək ki, K.Şahsuvarlı xeyli müddət ANS şirkətlər qrupunda mühafizəçi kimi işləyib.
Faktla bağlı araşdırmalar aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.