““5-ci kolon”la hökumət ciddi surətdə məşğul olmalıdır”

19-04-2014, 12:39   

“İstefaya gedəndən sonra şəxsən mənim özümə Rusiya yalvarıb. Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov səfirliyinə dəvət etmişdi. Amma mən istefadan sonra ora getmirəm. Çünki mən orada bütün “5-ci kolon”u görmüşəm. Cənab Ryabov mənə müraciət edib deyirdi ki, “Vafa Mirzoyeviç, vı sovetskiy diplomat”, “Siz bizimsiniz”. Doğrudan da, belədir, mən sovet diplomatıyam. Mən Amerikanın əleyhinə sovet diplomatı kimi qaynar nöqtələrdə mübarizə aparmışam”.
anaxeber.info xəbər verir ki, bunu "Gündəlik Teleqraf" qəzetinə müsahibəsində politoq Vəfa Quluzadə deyib. O, bildirib ki, səfirin “Siz bizimlə birgə olmalısınız. Sizə ehtiyacımız var” sözləri qarşısında, bəlkə də, başqa adam tab gətirməzdi: “Mənim rus diplomatlarını görəndə ürəyim kövrəlir. Çünki onlar mənim yaxın dostlarım, silahdaşlarımdır, 1991-ci ilədək biz bir yerdə olmuşuq. Onlar gözəl insanlardır, intellektualdırlar, ailəvi dostluq etmişik, evlərinə getmişik, evimizə gəliblər. Onların şəxsiyyətinə yüksək dəyər verirəm”.
V. Quluzadə son günlər medianın gündəmində olar “5-ci kolon” haqda da danışıb: “Məclisdir, ora min nəfər adam çağırılır. Ora yaxın adamları dəvət edirdilər. Məsələn, Amerika səfirliyi məni həmişə dəvət edir. Nəyə görə? Mən Qərbyönlüyəm, özü də gizlətmirəm. Açıq deyirəm. Amma ABŞ-ın “5-ci kolon”u deyiləm, bəzən məndən narazı olurlar. Çünki lazım olanda Amerikaya möhkəm “döşəyirəm”. Bu barədə elə ABŞ-ın səfiri dedi ki, sən ruslara da, hərdən bizə də möhkəm “döşəyirsən”. Dedim ki, mən beləyəm də, başqa cür ola bilmərəm. “5-ci kolon” çox incə məsələdir. Orada xidmət edənlərin xidmətlərinin 90 faizi qanunidir. Necə qanunidir? Kəşfiyyat işinin əsas məğzi nədən ibarətdir? İnformasiya yığmaqdan. Tutaq ki, mən Azərbaycanın Neftayırma zavodunda işləyirəm, oradakı əhval-ruhiyyəni, baş verən hadisələri səfirliyin müəyyən işçisinə çatdırıram. O biri də Azərbaycanın hansısa təşkilatında işləyir, o da öz təşkilatı haqqında çatdırır. Bu cür qanuni materiallar gəlib yığılır, sonra Azərbaycanın əhval-ruhiyyəsi haqqında gözəl kəşfiyyat materialı olur. Elə adamlar da var ki, dövlət strukturlarında çalışıblar, indi işdən çıxıblar. Amma indi ruslar, amerikalılar və ya fransızlar bu adamları özlərinə cəlb edə bilirlər. Onlar da bildiklərini, sözsüz ki, çatdırırlar. Dünya kəşfiyyatı bu dəqiqə informasiyanı yığıb təhlil edib məğz çıxarır. Dünya dəyişdikcə, kəşfiyyat da dəyişir. Əvvəl Ceyms Bondlar vardı, gecə gəlib seyfi açırdı. İndi seyfi açmağa ehtiyac yoxdur, seyfin içini lazerlə oxumaq olar. “5-ci kolon”la hökumət ciddi surətdə məşğul olmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar