Fidan ona təcavüz edən Bahrinin qızını nişanlısına qaçırtdırıb zorlatdırdı
18 yaşlı Fidan davamlı olaraq valideynləri ilə problem yaşadığından günün birində evini tərk etməli olur. Bütün günü küçədə qalan və gecə saatlarında özünə qalmaq üçün yer axtaran zaman qarşısına Bahri adlı 50 yaşlı bir kişi çıxır. Bu olay Türkiyədə yaşanıb.
Bahri özünün şəxsi maşınına mindirdiyi Fidandan kimliyini soruşur və vəziyyəti öyrəndikdən sonra guya, insanlıq edirmiş kimi davranaraq onu restoranlardan birinə aparır. Fidana yeməklə yanaşı, içki də verən 50 yaşlı qoca sonradan 18 yaşlı qızın qalması üçün otelə götürəcəyini deyir. Amma işlədiyi yerin anbarına apararaq, orada onu zorlayır.
Səhəri oradan qaçan Fidan qorxusundan nə polisə xəbər verə bilir, nə də evlərinə dönməyi bacarır. Özünə iş axtarmaq üçün İstanbulu gəzərkən bir şirniyyat evinə rast gəlir. Orada Camal adlı bir oğlanı görür və tanış olur. Camal onun vəziyyətini bildiyindən evinə aparır və bir gün sonra tərəflər evlənmək üçün qərar verirlər.
Nişan alış-verişinə çıxdıqları zaman Fidan Bahri ilə qarşılaşır və Camala bi yaşlı zorlanmış qız intiqamını almaq üçün əvvəlcə Bahrinin evinin yerini müəyyənləşdirir, sonra isə planını işə salır. Belə ki, nişanlısı Camal və daha bir dostu Bahrinin qızı Sinemi dərsə gedərkən qaçırırlar. Onu şəhər kənarındakı xarabalıqda bir neçə dəfə zorladıqdan sonra videoya çəkirlər. Həmin görüntüləri isə Fidan qızın atasına göndərir. Beləliklə, Fidan öz qisasını bu şəkildə alır.
Amma bu proses uzun çəkmir. Polis məsələni öyrənəndən sonra Camal, Fidan və dostlarını həbs edir. Bahriyə isə Fidanı zorladığına görə, əlavə olaraq cinayət işi qaldırılır.